RUSİYA

ABŞ "Gürcü Arzusu"na təzyiqi artırmaq istəyir - Xarici Kəşfiyyat Xidməti

Seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər"
Sputnik
BAKI, 26 avqust — Sputnik. Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi ABŞ "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə hakim "Gürcü Arzusu" partiyası əhalinin etimadını inandırıcı şəkildə qazana bilər. Birləşmiş Ştatlarda qorxu var ki, bu Gürcüstana suverenliyini davam etdirmək üçün sərbəstlik verəcək. Mövcud hakimiyyət Qərbin Gürcüstanın milli maraqlarına zidd olan tələblərini yerinə yetirməkdən imtina edir.

"Ağ Ev bu ssenarini qəbuledilməz hesab edir, amerikalılar "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər", - məlumatda qeyd olunur.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Kobaxidze daha əvvəl demişdi ki, "Gürcü arzusu" çoxluq əldə edərsə, Saakaşvilinin partiyasını konstitusiyaya zidd elan edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Gürcüstan Baş naziri xəbərdarlıq edib: Məsuliyyətdən yaxa qurtara bilməyəcəklər