RUSİYA

"Telegram"ın təsisçisi Fransada saxlanıldı: Onu 20 ilədək həbs gözləyir

“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Telegram-ın təsisçisi Pavel Durovun azad edilməsi üçün onlayn çağırışlara qoşulub.
Sputnik
BAKI, 25 avqust - Sputnik. "Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.
Bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.
39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.
“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Telegram-ın təsisçisi Pavel Durovun azad edilməsi üçün onlayn çağırışlara qoşulub.
O, bu barədə sahibi olduğu “X” sosial şəbəkəsində paylaşım edib.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
21.03.22, 10:50
Rusiya əhalisi fəal surətdə "WhatsApp"dan "Telegram"a transfer edir
Rusiya sakinləri aktiv şəkildə "WhatsApp" messencerindən "Telegram" a keçirlər.

Mart ayının iki həftəsi ərzində "Telegram"ın Rusiyada messencerlərdəki trafikin ümumi həcmində payı 48%-dən 63%-ə qədər yüksəlib.

Beləliklə, "Telegram" Rusiya sakinlərinin internet üzərindən yazışmaları üçün ən populyar ismarıc tətbiqinə çevrilib.

"WhatsApp" messenceri isə ölkə üzrə öz populyarlığını itirərək, trafik payı 48%-dən 32%-ə qədər azalıb.

Sözügedən məlumatlar ilə bağlı araşdırma "Megafon" tərəfindən aparılıb.
Xatırladaq ki, fevralın 24-də Ruisyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyatlardan sonra bu ölkədə Facebook, Instagram, Twitter kimi sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılıb.