BAKI, 25 avqust — Sputnik. ABŞ-ın hazırkı Prezidenti Co Bayden, ehtimal ki, ölkənin tarixindəki ən pis lideridir.
Bunu daha çox Dotkom kimi tanınan alman-finlandiyalı sahibkar Kim Şmits "X" sosial şəbəkəsində qeyd edib.
"Onun ən yaxşı etdiyi şey ondan əvvəlki ABŞ-ın hər hansı bir prezidentin etdiyindən daha pis olub", - Dotkom Baydenin Amerikaya bacardığı hər şeyini verməklə bağlı sözlərini təhlil edərək yazıb.
Ən böyük "Megaupload" fayl saxlama xidmətinin keçmiş sahibi xatırlayır ki, Bayden administrasiyası hər rübdə ABŞ-a 1 trilyon dollar yeni borc yaradır, buna görə də Co Baydenin "amerikalı milyarderlərin 25% vergi ödəyəcəkləri və bunun 10 ildə 500 milyard dollar gətirəcəyi" sevinci əsaslandırılmır.
"Co Bayden amerikalılara 160 milyard dollar qənaət etdiyini deyir. Lakin Ukraynaya 250 milyard dollar göndərdiyini xatırlamağı unudur" – Kim Dotkom yazır.