BAKI, 25 avqust — Sputnik. Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun yaydığı məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Samir Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12.08.24, 11:32
DİN Lənkəranda narkotik satışı ilə məşğul olan mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, idarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.
K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
26.07.24, 21:39
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb.
Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.