DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin növbəti yalanı ortaya çıxdı

Co Bayden və Kamala Harris tərəfindən yaradıldığı güman edilən 800 min iş yeri, sadəcə, mövcud deyil.
Sputnik
BAKI, 25 avqust - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika lideri Co Baydeni yalan danışdığına görə qınayıb. Diplomat qeyd edib ki, ştatlarda Baydenin özünün dediyinə görə, prezidentliyi dövründə şəxsən yaratdığı 800 min iş yeri əslində mövcud deyil.
Bu barədə Zaxarova özünün “Telegram” kanalında ABŞ Əmək Statistikaları Bürosunun rəsmi məlumatlarına istinadən yazıb.
Xatırladaq ki, Bayden bu rəqəmləri Donald Trampla son debat zamanı açıqlamışdı. Eyni zamanda, seçkilər ərəfəsində ABŞ Əmək Nazirliyi Demokratlar administrasiyasının makroiqtisadi göstəricilərinə yenidən baxılan hesabat yayıb.
“Co Bayden və Kamala Harris tərəfindən yaradıldığı güman edilən 800 min iş yeri, sadəcə, mövcud deyil. ABŞ sosial şəbəkələri qaynayır” – diplomat yazıb.
Bir müddət əvvəl Mariya Zaxarova ABŞ-ın Kiyev rejimini maarifləndirdiyini və onu terror relsləri üzərinə qoyduğunu bildirmişdi. Diplomatın fikrincə, Vaşinqton Ukraynadan Rusiyaya qarşı alət kimi istifadə edir.