CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 24 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Avqustun 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 24-də kimlər anadan olub?
Paulo Koelyo (1947) - Braziliya yazıçısı və şairidir. O, ümumilikdə iyirmidən çox kitab - romanlar, hekayə və pritçalar toplusu nəşr etdirib. Yazıçının ən məşhur əsərləri "Kimyagər", "11 dəqiqə", "Veronika ölməyə qərar verir" və s-dir .
Paulo Koelio
Stiven Fray (1957) - britaniyalı aktyor, yazıçı və dramaturqdur. O, "V - Vendetta deməkdir", "Alisa möcüzələr ölkəsində", "Şerlok Holms: Kölgələr oyunu", "Hobbit: Beş ordunun döyüşü" və s. filmlərdə rol alıb.
Stiven Fray
Stiv Quttenberq (1958) amerikalı aktyor, prodüser, ssenarist və rejissordur. O, 1980-ci illərdə "Üç kişi və balaca xanım", "Polis Akademiyası" və "Qısa Qapanma" kimi Hollivud filmlərində oynadıqdan sonra məşhurlaşıb.
Çad Maykl Murrey (1981) - ABŞ aktyorudur. O, "Gilmor qızları", "Mum evi" və s. filmlərdə bir çox obrazları canlandırıb.
24 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1572-ci ildə Fransada katoliklərin hugenot-protestantlarını qətlə yetirdiyi Bartolomey gecəsi olub. Məhz bu gün təxminən üç min insan həlak olub.
1814-cü ildə ABŞ və Britaniya İmperiyası arasındakı müharibə zamanı ingilislər Vaşinqtonu ələ keçirərək ABŞ prezidentlərinin iqamətgahını - Ağ Evi yandırıblar.
1906-cı ildə ABŞ Prezidenti Teodor Ruzvelt bütün rəsmi dövlət sənədlərinin yalnız orfoqrafiya yoxlamaslndan sonra çap etməyi tələb edən fərman çıxarıb.
1937-ci ildə sovet pilotu Konstantin Kaytanov dünyada ilk dəfə stratosferdən - 11 km 37 m hündürlükdən paraşütlə tullanıb.
1995-ci ildə "Windows 95" əməliyyat sistemi buraxılıb.
2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendum nəticəsində qəbul edilmiş əlavə və dəyişikliklərə əsasən, vətəndaşların Ombudsmana və Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilib.