BAKI, 23 avqust — Sputnik. Ötən il və cari ilin ilk rüblərində miqrantlara işləmək üçün verilən patentlərin sayı on il ərzində analoji göstəriciləri üstələyib.
Bu barədə RİA Novosti Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun ekspertlərinə istinadən xəbər verir.
Araşdırmaya görə, 2023-cü ilin birinci rübündə miqrantlara 547 min, 2024-cü ilin birinci rübündə isə 538 min patent verilib. 2022-ci ilin eyni dövründə 499 min patent təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyi avqustun 20-də qeyd edib ki, Rusiya ölkəsinin qanunlarına və qaydalarına əməl edən, yerli adət-ənənələrə və mədəniyyətə hörmət edən digər ölkələrin vətəndaşları üçün açıqdır.
Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib ki, MDB ölkələri ilə miqrasiya sahəsində əməkdaşlıq Rusiya üçün prioritetdir. Çünki cəlb olunan əmək miqrantlarının sayına görə bu ölkə birlikdə birinci yerdədir.
Bu yaxınlarda bildirilib ki, Rusiyada əcnəbilərin ölkədən çıxarılması ilə bağlı yeni qanun yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.