BAKI, 24 avqust — Sputnik. Rusiya və Çin regionlararası investisiya layihələrinin reyestrinin formalaşdırılması barədə razılığa gəliblər. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin və Çinin baş naziri Li Tsyan arasında keçirilən görüşün yekunlarına dair birgə kommünikedə qeyd olunub.
Kommunikedə bildirilir ki, tərəflər investisiya əməkdaşlığının daha da gücləndirilməsinin və səviyyəsinin tədricən artırılmasının əhəmiyyətinin hazırda artdığını vurğulayırlar.
"Bunun üçün onlar regional səviyyədə investisiya əməkdaşlığının dərinləşdirilməsi, regionlararası investisiya layihələrinin reyestrinin yaradılması və mütəmadi olaraq yenilənəcək məsul şöbələrin təyin edilməsi barədə razılığa gəliblər", - sənəddə deyilir.
Qeyd olunub ki, Rusiya və Çin Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması üzrə layihələrin işlənib hazırlanmasına kömək etmək və Ayın tədqiqi üçün planlaşdırılan birgə missiyaları əlaqələndirmək barədə razılığa gəliblər.
Sənəddə bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlığın daha da səmərəli şəkildə inkişaf etdirilməsi üçün səy göstərəcəklər.
Tərəflər, həmçinin kosmik sahədə əməkdaşlığı inkişaf etdirəcək, irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı sistemli şəkildə dərinləşdirəcək, peyk naviqasiyası sahəsində əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək, QLONASS vəvə Beydou-nun daha çox uyğunluğunu və bir-birini tamamlamasını təmin edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.