BAKI, 24 avqust — Sputnik. Qərb ölkələri hərbi-sənaye kompleksi sahəsində Rusiyanın səviyyəsinə çata bilməyəcəklər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin istefada olan zabiti Deniel Devis sosial şəbəkələrdə fikir bildirib.
Devis qeyd edib ki, Qərb sursat və silah istehsalında heç vaxt Rusiyanı qabaqlaya bilməyəcək. O, həmçinin əmindir ki, Ukraynaya dəstək yalnız daha çox ölümlə nəticələnir.
Bundan əvvəl Britaniyanın "Sky News" telekanalı "Bain&Company" konsaltinq şirkətinin məlumatlarına istinadən məlumat vermişdi ki, Rusiya Ukraynanı dəstəkləyən Qərb tərəfdaşlarından, təxminən üç dəfə sürətlə artilleriya mərmiləri istehsal edir.
Pentaqon, həmçinin bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan sursat ehtiyatı ABŞ Konqresindən hərbi yardım aldıqdan sonra belə onlara Rusiya ilə müqayisə aparmağa imkan vermir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.