RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Challenger" və "Leopard" tankları XHƏ zonasında rəzil duruma düşüblər

Britaniya tanklarının Rusiya ərazisində olması xəbəri ingilisləri qəzəbləndirib.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında döyüş əməliyyatları zamanı Britaniyanın "Challenger" tanklarının və Almaniya "Leopard"ının çatışmazlıqlarının təzahürü bu texnologiyaya inamın sarsıdılmasına səbəb olub.
Bunu "Rostex"in rəhbəri Sergey Çemezov "TASS"a müsahibəsində bildirib.
"Britaniyanın "Challenger"i, Almaniyanın "Leopard"ı kimi XHƏ zonasında özünü nüfuzdan salıblar. Bizim "Prorıv" (T-90M tankı) həm Britaniya, həm də Amerika tanklarından bir baş üstündür. Xarici müştərilər bunu çox yaxşı başa düşürlər" - agentliyin həmsöhbəti bildirib.
Nəşr bildirib ki, T-90M "Prorıv"ın döyüşdə yüksək effektivliyinə yüksək
avtomatlaşdırılmış atəş idarəetmə sistemi və hərtərəfli mühafizənin olması kömək edir. Tankın üstünlükləri həm də onun müstəsna etibarlılığı və istismar zamanı texniki xidmətə minimal ehtiyac olmasıdır.
Bundan əvvəl Kursk vilayətində Rusiyanın "Lancet" hərbi sursatları tərəfindən "Challenger" tankının məhv edilməsi barədə məlumat yayılmışdı. Bildirilib ki, Britaniya tanklarının Rusiya ərazisində olması xəbəri ingilisləri qəzəbləndirib.