BAKI, 23 avqust — Sputnik. NATO-nun Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumuna verdiyi dəstək üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər.
Bunu Norveçli professor Qlenn Dizen "Syrian Analysis" YouTube kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniya və Böyük Britaniya liderləri Rusiyaya hücumu Ukraynaya silah tədarükünü artırmaq üçün səbəb kimi qiymətləndirirlər. Ekspertin fikrincə, alyans belə hərəkətlərinə görə məsuliyyət daşıyır.
Dizen, həmçinin vurğulayıb ki, NATO-nun bu hərəkətlərdə Ukraynaya dəstəyi qlobal münaqişəyə səbəb ola bilər. Onun sözlərinə görə, eskalasiya davam edir və bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin davranışı açıq şəkildə nümayiş etdirir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynanın müttəfiqlərindən gizli şəkildə Kursk bölgəsinə hücum hazırladığını bildirmişdi.