BAKI, 23 avqust — Sputnik. Şimali Atlantika Alyansı dövlətləri Finlandiyada qoşun yerləşdirmə imkanını müzakirə edirlər.
Bunu Finlandiyanın Müdafiə naziri Antti Hyakkyanen bildirib.
Onun sözlərinə görə, xüsusilə, Norveç və İsveç hərbçilərinin Laplandiyaya gəlişi ilə bağlı danışıqlar aparılıb.
Hyakkyanen etiraf edib ki, Finlandiya hakimiyyəti bu danışıqları gizlədir.
"Biz bu danışıqları açıq şəkildə şərh etmirik. Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün hansı ölkələrin müəyyən bölmələr verə biləcəyi ilə bağlı danışıqlar aparırıq" – "Yle" onun sözlərini sitat gətirib.
Materialda Finlandiyanın "böhran" səbəbindən qoşun yerləşdirmək istədiyi bildirilib. Eyni zamanda, nazir əmin edib ki, real hərbi təhlükə yoxdur.
"Ölkəyə gələn müttəfiqlərin quru qoşunları daimi olaraq Finlandiya ərazisində qalmayacaq" - o əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, Finlandiya sərhəd xidməti Rusiya Federasiyası ilə sərhəd yaxınlığında telefonları izləyəcək.