BAKI, 23 avqust — Sputnik. Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Enriko Apriamovun oğlu Gevork Apriamov İrəvanda baş verən qəzadan sonra saxlanılıb. Bu barədə Shamshyan.com xəbər verir.
Avqustun 22-də Sopron küçəsində 38 yaşlı Gevork Apriamov idarə etdiyi "Hundai Sonata" markalı avtomobillə "Opel" markalı avtomobillə toqquşub. O, hadisə yerinə gələn polisə səhhəti ilə əlaqədar avtomobilin idarəetməsini itirdiyini bildirib. Erebuni tibb mərkəzinə aparılsa da, Apriamov tibbi yardımdan imtina edib.
Yol polisi əməkdaşları Apriamovla birlikdə hadisə yerinə qayıdıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinə baxış zamanı pipetkalar və narkotikə oxşar maddə aşkar ediblər. Apriamov Nor Nork polis bölməsinə aparılıb, iş materialları isə cinayət işi açan İstintaq Komitəsinə verilib.
Maraqlıdır ki, 2018-ci ildə Apriamov artıq "Hyundai Sonata" ilə qəza törədib. O, Alabyan küçəsində hərəkətdə olarkən qarşıdan gələn zolağa çıxıb, hərbi məktəbinin hasarına çırpılıb.