BAKI, 23 avqust — Sputnik. Azərbaycan noyabrın 5-10-da Şanxay şəhərində keçiriləcək 7-ci Çin Beynəlxalq İdxal Sərgisində ("China International Import Expo" – CIIE 2024) iştirak edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC məlumat verib.
Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. "Shanghai World Expo" Milli Sərgi və Konqres Mərkəzində təşkil olunacaq sərginin təşkilatçıları qismində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosu çıxış edir.
Sərginin tərəfdaşları isə Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı, eləcə də Sənayenin İnkişafı Təşkilatıdır.
08.09.23, 21:57
Çində beynəlxalq sərgi keçiriləcək - Azərbaycan ixracatçılarının nəzərinə!
İqtisadiyyat Nazirliyi noyabrın 5-10-da Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək VI Beynəlxalq Çin İdxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 şirkətdir. İştirakçılar müsabiqə əsasında seçiləcək. Sərginin əhatə etdiyi sahələr qida və içki sənayesidir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında oktyabrın 6-da AZPROMO-da təşkil olunacaq.
Vahid ölkə stendində iştirak etmək üçün müvafiq sənədlər sentyabrın 29-dək AZPROMO-ya təqdim olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.