RUSİYA

Berlinin xəyanəti heç vaxt cəzasız qalmayacaq - Zaxarova

Rusiya-Almaniya münasibətləri "diş qıcanmasına" səbəb olub və Almaniya Federativ Respublikasının əvvəlki liderləri bölücü qüvvəyə müqavimət göstərməyə çalışsalar da, indiki rəhbərlik tamamilə bəxtsiz olub.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Almaniya iqtisadiyyatı inkişaf etsin deyə, Rusiya Almaniyaya boru xətti çəkib və qaz verib, lakin Kiyevi silahla təchiz etməyə başlayan Berlinin xəyanəti heç vaxt cəzasız qalmayacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Həm boru kəmərimizi, həm qazımızı biz ilk növbədə Almaniya ilə tikməyə başladıq. Almaniya iqtisadiyyatının inkişaf etdirilməsi üçün Belarusda, eynisini Ukraynada da tikmişik. İndi onların bizi qınamaq, hətta ittiham etmək, üstəlik, bizə qarşı döyüşmək, terrorçu, ekstremist Kiyev rejimini tank və silahlarla təchiz etməyə hünəri var" - Zaxarova X Ümumrusiya Gənclər Təhsil Forumunda deyib.
"Ancaq bunun üçün "mükafatlandırılacaqlar", çünki bu cür xəyanət, bu cür alçaqlıq və insanlıqdan kənar davranışlar heç vaxt cəzasız qalmayacaq", Zaxarova qeyd edib.
O xatırladıb ki, Rusiya-Almaniya münasibətləri "diş qıcırtısına" səbəb olub və Almaniya Federativ Respublikasının əvvəlki liderləri bölücü qüvvəyə müqavimət göstərməyə çalışsalar da, indiki rəhbərlik tamamilə bəxtsiz olub.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.