BAKI, 22 avqust — Sputnik. Avropa Şurasına üzv olan əksər ölkələr təkcə bu müqavilənin müddəalarını deyil, həm də bu sahədə digər beynəlxalq öhdəlikləri tapdalayaraq, milli azlıqların müdafiəsi üzrə çərçivə konvensiyasını nüfuzdan salıblar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"AŞ-ya üzv olan ölkələrin əksəriyyəti Konvensiyanın iştirakçısı olmaqla, Baltikyanı ölkələrdə və Ukraynada rusdilli əhalinin hüquqlarının kobud şəkildə pozulmasından beynəlxalq hüquqi müdafiə aləti kimi istifadə edilməsi zərurətinə açıq şəkildə məhəl qoymayaraq, faktiki olaraq konvensiyanı nüfuzdan salıblar. Onlar nəinki bu müqavilənin müddəalarını, həm də bu sahədə bizim mübarizəmizi davam etdirəcəyimiz digər beynəlxalq öhdəlikləri həyasızcasına tapdalayırlar", - Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, Rusiyanın konvensiyadan çıxması Moskvanın müvafiq beynəlxalq platformalarda rusdilli vətəndaşların hüquqlarının müdafiəsi üzrə sistemli işinə mane olmayacaq və bütün Rusiya ərazisində milli azlıqların hüquqlarına riayət olunmasına xələl gətirməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.