BAKI, 22 avqust — Sputnik. Rusiya Kiyev rejiminin Zaporojye Atom Elektrik Stansiyası və Kursk Atom Elektrik Stansiyası ilə bağlı təxribatları ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) katibliyi və təşkilatın rəhbəri Rafael Qrossi ilə sıx əlaqə saxlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Kiyev rejiminin Rusiyanın nüvə obyektlərinə, həm Zaporojye AES-ə, həm də Kursk AES-ə qarşı həyata keçirdiy təxribatlarla bağlı MAQATE katibliyi, şəxsən bu agentliyin baş direktoru Rafael Qrossi ilə sıx əlaqə saxlayırıq. Rusiya tərəfi agentlik rəhbərliyinə sözügedən AES-lərdə vəziyyətin obyektiv mənzərəsini görmək və Kiyev rejiminin cinayətkar əməllərini qiymətləndirməsi üçün hər şeyi edir", - Zaxarova qeyd edib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye və Kursk atom elektrik stansiyalarına hücum edərkən tərkibində radioaktiv maddələr olan döyüş başlıqları istifadə etməyi planlaşdırır. Eyni zamanda, hücuma Qərb kəşfiyyat agentlikləri, xüsusən də Böyük Britaniya nəzarət etdiyi də məlum olub.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Zaporojye AES-in enerji bloklarının yaxınlığındakı yola mərmi atıb. Heç kim xəsarət almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.