SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Respondentlərin əksəriyyəti parlament seçkilərində iştirak edəcək - Sorğu nəticələri

Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib.
Sputnik
BAKI, 22 avqust — Sputnik. İtaliyanın SWG SPA şirkəti seçkiöncəsi bağlı yerli respondentlər arasında keçirdiyi sorğuya əsasən, əhalinin 81%-i parlament seçkiləri ilə bağlı maraqlandıqlarını deyiblər.
Nəticələrlə bağlı mətbuat konfransında respondentlərin 21%-nin parlament seçkiləri ilə çox maraqlandığını, 13% o qədər də maraq göstərmədiyini, 5% maraqlı olmadığını, 1% isə bilmirəm dediyini bildiriblər.
Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib.
Bundan başqa respondentlərin 91%-i Qarabağ bölgəsindəki bərpa işlərinin mükəmməl, 4%-i yaxşı, 3%-i yetərli, 1%-i yetərsiz, 1%-i isə bilmirəm cavabı verib.
Qeyd edək ki, sorğu 15 iyul - 15 avqust tarixlərində keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.