BAKI, 22 avqust — Sputnik. Moskva Qərbin onun aktivlərini dondurmasına cavab verəcək. Rusiya onun qızıl-valyuta ehtiyatlarına "əli uzatmağa" çalışanlara qarşı kifayət qədər siyasi və iqtisadi addımlar arsenalına malikdir. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bu il iyulun sonunda Brüssel Ukrayna tərəfinə Rusiyanın "dondurulmuş" aktivlərindən əldə edilən gəlirdən 1,5 milyard avro məbləğində hərbi yardımın ilk tranşını göndərib.
"Mütləq əbədi olaraq itiriləcək şey, onilliklər ərzində qiymətli kağızlar bazarında etibarlı operatorlar imicini yaradan Aİ maliyyə institutlarının reputasiyasıdır", - XİN bildirib.
XİN qeyd edib ki, Aİ qeyri-qanuni anti-Rusiya sanksiyalarını artırmaq yolu ilə nə qədər irəli getsə, bunun onun maliyyə və iqtisadi sistemi üçün bir o qədər fəlakətli nəticələri olacaq.
"Təbii ki, cavab tədbirləri davam edəcək. Onlar balanslaşdırılacaq, yoxlanılacaq və Rusiyanın iqtisadi operatorlarına ziyan vurmayacaq", - XİN-dən bildiriblər.
"Rusiyanın qızıl-valyuta ehtiyatlarına əl uzatmağa çalışanlara qarşı bizim kifayət qədər müvafiq siyasi və iqtisadi addımlar arsenalımız var", - məlumatda bildirilib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.