DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın ABŞ-ın mülki nüvə texnologiyasını almaq üçün müraciət edib

ABŞ federal qanunlarına əsasən, nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün ABŞ Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsinin imzalanması tələb olunur.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları Ermənistanın ABŞ-ın mülki nüvə texnologiyasını almasına imkan verəcək "123 sazişi"nə qoşulmaq üçün müraciətinə baxır. Bu barədə Dövlət Departamentinin sözçüsü CivilNet-ə bildirib.

"ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını açıqlamır, lakin biz bildirə bilərik ki, Dövlət Departamenti Ermənistanın 123-cü sazişi ilə bağlı müraciətinə lazımi diqqət yetirir", - məlumatda bildirilir.

ABŞ federal qanunlarına əsasən, nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün ABŞ Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsinin imzalanması tələb olunur. 2022-ci ilə qədər ABŞ 48 ölkə ilə belə sazişlər bağlayıb.
Qeyd edilir ki, İrəvanın Vaşinqtonla Sazişin 123-cü bəndinə sadiq olduğunu açıq şəkildə təsdiqlənir. Ermənistanın ABŞ-la 123-cü Maddə Sazişinə qoşulmaq tələbi ölkənin ənənəvi müttəfiqi olan Rusiya ilə münasibətlərinin pisləşməkdə davam etdiyi vaxta təsadüf edir.
Qeyd olunur ki, Ermənistanın "123-cü sazişi"nə qoşulması sovet dövründə tikilmiş Metsamor AES-ni əvəz edəcək Amerika texnologiyasından istifadə etməklə yeni AES-in tikintisinə yol aça bilər.
Qeyd edək ki, ABŞ və Aİ daha əvvəl Metsamor AES-in təhlükəsizliyinin təmin edilməsinə yardım edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.