BAKI, 22 avqust — Sputnik. Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz yerinə oturdu. Başa düşürlər ki, düşmən tam məğlub edilmədən danışıqlar olmayacaq. Ukraynanın qərarı onun itkilərinin köklü surətdə artmasına səbəb olacaq". - Medvedev Telegram kanalında yazıb.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb,O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 20-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 4130-dan çox hərbi qulluqçu və 58 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün CTO rejimi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.