BAKI, 22 avqust — Sputnik. ƏBİB Qubada ana və uşaq ölümünün səbəbini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən bildirilib.
Cavabda qeyd edilib ki, avqustun 21-də 2000-ci il təvəllüdlü Xaçmaz rayon sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib:
"Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb".
22.08.24, 13:43
Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı əməliyyat zamanı o, və körpəsi dünyasın dəyişib. Bu S.Nəsirovanın ikinci hamiləliyi olub. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.