BAKI, 22 avqust — Sputnik. Özbəkistanın sərmayə, sənaye və ticarət naziri Laziz Kudratov bildirib ki, Özbəkistan hakimiyyəti Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) ölkənin şimal-qərbindəki Ustyurt yaylasında birgə karbohidrogen kəşfiyyatına cəlb edib.
"Biz Özbəkistanın Ustyurt yaylasında SOCAR ilə birgə geoloji kəşfiyyat işlərinə başlayırıq. Bu, hələ başlanğıcdır", - Kudratov Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumunda çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, Azərbaycanla energetika və neft-qaz sənayesi sahələrində əməkdaşlıq yaxşı dinamika əldə edib.
“Biz yaşıl enerji istehsalı və Azərbaycan vasitəsilə Avropa ölkələrinə ixrac layihəsi üzərində işləyirik”, - deyə Küdrətov əlavə edib.
2022-ci ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yüksək perspektivli dərin laylarda karbohidrogen axtarışı üçün Özbəkistanın şimal-qərbindəki Ustyurt yaylasına böyük xarici investorların cəlb olunacağını elan etdi.
22.08.24, 11:01
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bu barədə Daşkənddə keçirilən forumun bəyanatında deyilir.
Üçüncü ölkələrdə birgə fəaliyyət
Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyətini genişləndirmək imkanı var, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda bildirib.
“Azərbaycan və Özbəkistanın iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycan sahibkarlarının Özbəkistandakı fəaliyyətə marağında dəfələrlə artım var. Bizi sevindirən eyni şeyi qarşı tərəfdə də görürük”, - Cabbarov bildirib.
Ölkələr arasında birgə investisiya alətinin artıq mövcud olduğunu qeyd edən nazir onun bundan sonra da səmərəli fəaliyyətinə ümid etdiyini bildirib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəhbəri həmçinin xatırladıb ki, bir həftə əvvəl Azərbaycan və Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfəri birgə fəaliyyət üçün potensial və perspektivli istiqamətdir.
Nazir əlavə edib ki, bu, iki ölkənin uğurla işləyə biləcəyi və planları həyata keçirə biləcəyi yeganə yurisdiksiya deyil.
Cabbarov onu da qeyd edib ki, hər iki istiqamətdə yükdaşımalarda davamlı artım var. Bu kontekstdə nazir keçirilən görüşlərin və tədbirlərin əhəmiyyətini vurğulayıb.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib ki, son beş ildə Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi üç dəfə artıb. Özbəkistanlı nazirin sözlərinə görə, 2024-cü ilin əvvəlindən ölkələr arasında qarşılıqlı ticarətin həcmi 20% artıb. Eyni zamanda, Azərbaycan və Özbəkistan ötən ilin sonunda təxminən 230 milyon dollar olan bu həcmi 1 milyard dollara çatdırmağı planlaşdırır.
Kudratovun sözlərinə görə, Özbəkistan və Azərbaycan Bakıda, Şuşada, Daşkənddə və Səmərqənddə ticarət evləri və sərgi salonları açmağı planlaşdırır.
O, həmçinin Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib.
Özbəkistan nazirinin sözlərinə görə, Daşkənd Azərbaycanda faydalı qazıntıların işlənməsinə və emalına, habelə tikinti materiallarının istehsalını təşkil etməyə və bundan sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərində istifadə etməyə hazırdır.
Qeyd edək ki, avqustun 23-dək davam edəcək biznes forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.
Azərbaycanı forumda 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində "İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım" adlı Azərbaycan məhsullarının sərgisi də təşkil olunacaq.
Forumun məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsidir.
Qeyd edək ki, hazırda Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir ki, onlardan 62-si müştərək, 174-ü isə 100 faiz xarici kapitallı müəssisədir. Azərbaycanda 70 Özbəkistan şirkəti fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.