İQTİSADİYYAT

Rusiya və Çin qarşılıqlı hesablaşmalarda milli valyutaların istifadəsini genişləndirirlər

Bu gün qarşılıqlı hesablaşmalarda rubl və yuanın payı artıq 95%-dən çoxdur.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Rusiya və Çin qarşılıqlı ödənişlərdə milli valyutaların istifadəsini genişləndirirlət.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşündə deyib.
"Birgə səylərlə biz ticarət və iqtisadi investisiya əməkdaşlığının şaxələndirilməsini təmin edirik. Bu gün qarşılıqlı hesablaşmalarda rubl və yuanın payı artıq 95%-dən çoxdur" - Rusiyanın baş naziri vurğulayıb.
Əlavə edək ki, görüş zamanı Li Tsyan xüsusilə qeyd edib ki, "Rusiya və Çin arasındakı dostluq beynəlxalq təlatümlərə tab gətirib və bu dostluq möhkəm və sarsılmazdır".