RUSİYA

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıb - Çernışenko

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artım tempi ötən ilin göstəricilərindən geri qalır.
Sputnik
BAKI, 21 avqust — Sputnik. 2024-cü ilin birinci yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 4,8% artaraq 113 milyard dollar təşkil edib. Bunu Rusiya baş nazirinin müavini Dmitri Çernışenko açıqlayıb.
"Rusiya statistikasına görə, bu ilin birinci yarısında ikitərəfli ticarət dövriyyəsi (Rusiya Federasiyası ilə Çin arasında - red.) 4,8% artaraq 113 milyard dollar təşkil edib", - Çernışenko Rusiya-Çin komissiyasının iclasında deyib.
Eyni zamanda, onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artım tempi ötən ilin göstəricilərindən geri qalır.
Çernışenko qeyd edib ki, burada üzərində işləmək lazım olan məsələlər var.