BAKI, 21 avqust — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan "Vətəndaş müqavilə"si partiyasının idarə heyətinin sədri olarkən yol verdiyi qanun pozuntularına görə 100 min dram məbləğində cərimələnib. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Papikyan 2022-ci ilin oktyabrına qədər partiyanın İdarə Heyətinə rəhbərlik edib və onu baş nazir Nikol Paşinyan əvəzləyib.
Qeyd olunur ki, 2022-ci ildə Papikyan "Siyasi partiyalar haqqında" qanunu pozaraq, təxminən 11,4 milyon dram (indiki məzənnə ilə 30 min dollardan bir qədər az) məbləğində xərclərin nağd şəkildə ödənilməsinə icazə verib, habuki bütün xərcləri nağdsız şəkildə etməlidir.
Xərclərin şərtlərini aydınlaşdırmaq üçün aprel ayında komissiya 2022-ci il üçün bank hesablarından bütün çıxarışları təqdim edən partiyaya müraciət edib.
Buradan məlum olub ki, partiya öz vəsaitinin bir hissəsini bankomatlar vasitəsilə nağdlaşdırıb, lakin partiya aparatı göstərilən 11,4 milyon dramın nəyə xərcləndiyini konkret olaraq açıqlamayıb.
Komissiya Papikyanı prosesdə aydınlaşdırmaq üçün dəvət etsə də, o, gəlməyib. Nəticədə avqustun 16-da onun iştirakı olmadan qərar qəbul edilib.