BAKI, 21 avqust — Sputnik. "Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı Metropoliteninin "qırmızı xətt"ində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub".
Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. "Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", - deyə mətbuat katibi bildirib.