SƏHİYYƏ

Azərbaycada qızılca ilə bağlı son durum açıqlandı

Afaq Əliyeva deyib ki, heksavaksin əvvəllər uşaqlara vurulan bir neçə vaksinin birləşməsidir.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Azərbaycanda qızılcaya yoluxma tək-tək hallarda qeydə alınır. Buna görə də valideynlər uşaqları mütləq zamanında vaksin etdirməlidirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva nazirliyin instaqram hesabında canlı yayım zamanı deyib.
O bildirib ki, Azərbaycanda peyvəndlər ilə idarə edilməyən xəstəliklər yox səviyyəsindədir:
"Uzun illərdir ki, qızılcaya yoluxma halları da xeyli azalıb. Çox təəssüf ki, bir müddət öncə gətirilmə hallar ilə qızılcaya yoluxmalar artdı. Azərbaycanda 11 infeksiyaya qarşı vaksin həyata keçirilir. Hazırda yeni peyvənd də edilir ki, bu da müsbət nəticə verir".
Heksavaksin əvvəllər uşaqlara vurulan bir neçə vaksinin birləşməsidir:
"Təxminən 6 adda infeksiyadan söhbət gedir. Tetanus, difiteriya, göy öskürək, hepatit B, poliomielit və influenza virusu əleyhinə vaksindir. Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən uyğun hesab edilən variantdır".