BAKI, 20 avqust — Sputnik. Avqustun 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 20-də kimlər anadan olub?
Xan Şuşinski (1901-1979) - Azərbaycan SSR xalq artisti, xanəndə və "Şərəf nişanı" ordeni laureatıdır.
"Xan Şuşinski" kitablarının təqdimatı
© Sputnik / Kemale Aliyeva
Niyazi Tağızadə (1912-1984) - məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru və SSRİ xalq artistidir.
Niyazi Tağızadə
© Sputnik / Олег Макаров
Andrey Konçalovski (1937) - Sovet və Rusiya teatr və kino rejissoru, ssenarist, prodüser, RSFSR xalq artistidir. O, "Nika" Kino Akademiyasının prezidentidir.
Endryu Qarfild (1983) - İngiltərə və ABŞ aktyorudur. O, "Toni", "Qızıl Qlobus" və BAFTA TV mükafatlarının qalibidir. 2022-ci ildə "Time" jurnalı onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edib. O, "Boleyn qızlarından bir başqası", "Heyrətamiz Hörümçək Adam" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Demi Lovato (1992) – amerikalı müğənni, aktrisa və bəstəkardır. O, "Şahzadələri mühafizə proqramı", "Qrey anatomiyası" və s. filmlərdə rol alıb.
20 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1619-cu ildə ABŞ-a ilk 20 afrikalı kölə gətirilərək müasir ABŞ ərazisində ilk ingilis yaşayış məntəqəsi olan Ceymstaun sakinlərinə satılıb.
1896-cı ildə ABŞ-da diskli telefon patentləşdirilib.
1988-ci ildə İran və İraq arasında 8 illik müharibə (1980-1988) başa çatıb. Atəşkəsdən sonra dövlətlərin əvvəlki sərhədləri bərpa edilib.
2001-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycanda hərbi-təhsil sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.