CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Səba" istehsalı və satışı dayandırdı - SƏBƏB

"Səba" şirkətindən Sputnik Azərbaycan-a bildirilib ki, istehsal və satış bu ayın sonunadək dayandırılıb.
Sputnik
BAKI, 20 avqust — Sputnik. "Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb. Bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.

"Səba" şirkətindən Sputnik Azərbaycan-a bildirilib ki, istehsal və satış bu ayın sonunadək dayandırılıb. Səbəb şirkətin təsisçisinin dəyişməsidir. Rövşən Həsənov adlı şirkət nümayəndəsi bu barədə bildirib.

Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Öz növbəsində Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin bizə verdiyi məlumata görə, müəssisənin sahibinin dəyişməsi ilə brend ləğv olunmayacaq və bazarda qalacaq.