BAKI, 20 avqust — Sputnik. Rusiya Federasiyasının Kursk vilayətinin işğalı zamanı ABŞ özəl hərbi şirkətinin Ukrayna Silahlı Qüvvələrinin tərəfində iştirakı ABŞ-ın münaqişənin birbaşa iştirakçısı olduğunu sübut edir və muzdlular avtomatik olaraq qanuni hərbi hədəfə çevrilirlər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms avqustun 20-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının ərazisini işğal edərkən Ukrayna Silahlı Qüvvələrinin tərəfində ABŞ ÖHŞ-lərinin iştirakı ilə bağlı ortaya çıxan sübutlarla bağlı kəskin etiraz edilib.
"Vurğulanır ki, Co Bayden administrasiyasının Ukrayna neonasistlərinin Rusiyaya hücumunda iştirak etməməsi ilə bağlı bəyanatlarına zidd olan bu cür hərəkətlər ABŞ-ın münaqişənin birbaşa iştirakçısı kimi Vladimir Zelenskinin zərərli planlarında iştirakını açıq şəkildə sübut edir", - Xarici İşlər Nazirliyi görüşdən sonra bildirib.
Xüsusilə qeyd olunub ki, bu cinayətlərdə əli olan ABŞ vətəndaşlarına münasibətdə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun olaraq səlahiyyətli qurumlar onların məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq hərəkətlərini həyata keçirəcək.
"Aydındır ki, ölkəmizin sərhədini qanunsuz keçən bütün əcnəbi "mütəxəssislər" və muzdlular avtomatik olaraq Rusiya Federasiyası Silahlı Qüvvələrinin qanuni hərbi hədəfinə çevrilirlər", - nazirlik əlavə edib.