BAKI, 19 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Tsyanı qəbul edəcək. Bu barədə Rusiya hökuməti məlumat yayıb.
Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan avqustun 20-22-də Rusiyada rəsmi səfərdə olacaq. Li Tsyan Moskvada Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqlar aparacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.