""BFS" ("Banking and Financial Systems" şirkəti) öz bankomatında sənədlərin autentifikasiyası üçün "Smart Engines" süni intellekt modulunu tətbiq edib. Bu məhsulda süni intellekt aparıcı rol oynayır. O, hətta insanın heç də həmişə öhdəsindən gələ bilmədiyi problemi həll edir. Süni intellekt heç bir çətinlik yaşamadan sənədləri davamlı olaraq tanıyır, onlardan məlumatların daxil edilməsini avtomatlaşdırır və eyni zamanda, bir neçə onlarla parametrə əsaslanan yüksək keyfiyyətli autentifikasiyanı təmin edir. Sistem qeyri-insani sakitlik və dəqiqliklə, yorulmadan, diqqətini yayındırmadan və səhv addım atmadan işləyir", - Arlazarov izah edib.
"Tərəfdaşlarımız "Smart Engines" və "İntek"in iştirakı ilə biz uzaqdan bank xidmətləri üçün yeni unikal format - rəqəmsal ofis yaratdıq. Bizim həllimiz bankların coğrafi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirə, maliyyə xidmətlərinin əlçatanlığını və müştəri təcrübəsini yaxşılaşdıra bilər", – "BFS"in texniki direktoru Artyom Krukovets bildirib.