İQTİSADİYYAT

Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalanıb

Rusiya tərəfdən sənədi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Azərbaycan tərəfdən isə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Rusiya və Azərbaycan arasında iqlim dəyişikliyi və aşağı karbon qazının inkişafı üzrə anlaşma memorandumu imzalanıb. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfdən sənədi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Azərbaycan tərəfdən isə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

"Ölkələr davamlı və yaşıl maliyyələşdirmə, istixana qazları emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində ən yaxşı təcrübə mübadiləsi, həmçinin karbon tənzimlənməsi mexanizmlərinin tətbiqi və istismarı sahəsində təcrübə mübadiləsi barədə razılığa gəliblər", - məlumatda deyilir.

İqtisadi İnkişaf Nazirliyi həmçinin qeyd edib ki, sənəd iki ölkə arasında iqlim dəyişikliyi və aşağı karbonun inkişafı sahəsində gələcək əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun sözlərinə görə, memorandum ölkələr üçün istixana qazlarının tutulmasını artırmaq və sənaye emissiyalarını azaltmaq üçün birgə iqlim layihələri və tədqiqatlara başlamaq imkanı açır.

"Yeni sənəd ölkələrimizə karbonun tutulma, istifadə və saxlama texnologiyaları, bərpa olunan və digər aşağı emissiyalı enerji mənbələri texnologiyaları və hidrogen texnologiyaları da daxil olmaqla, aşağı, sıfır və mənfi istixana qazları emissiyaları ilə birgə texnologiyalar tətbiq etməyə imkan verəcək", - o qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.