RUSİYA

Rusiya Almaniyaya cavab tədbirləri barədə xəbərdarlıq edib - Tyapkin

Rusiya XİN rəsmisi qeyd edib ki, Almaniya hakimiyyəti uzun müddətdir ki, Rusiya mediasının Almaniyadakı fəaliyyətini məqsədyönlü şəkildə məhdudlaşdırır.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Moskva Almaniyaya xəbərdarlıq edir ki, Almaniya Rusiya KİV-lərini sıxışdırmağı dayandırmasa, almaniyalı jurnalistlərə qarşı cavab tədbirləri görəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə bildirib.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirmişdi ki, almaniyalı jurnalistlər Rusiya Federasiyasında fəaliyətləri barədə düşünməli və ora getmə imkanlarını nəzərdən keçirməlidirlər. O xatırladıb ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etməyi qətiyyətlə tövsiyə etmir və bu, Rusiyadakı almaniyalı jurnalistlərə də aiddir.

"Almaniya hakimiyyəti uzun müddətdir ki, Rusiya mediasının Almaniyadakı fəaliyyətini məqsədyönlü şəkildə məhdudlaşdırır. Son aylar jurnalistlərimiz müxtəlif inzibati və hüquqi bəhanələrlə ölkədən çıxarılmağa başlayıb. Biz dəfələrlə Almaniya Xarici İşlər Nazirliyinə xəbərdarlıq etmişik ki, bu çirkin praktikaya son qoyulmasa, Almaniya KİV-lərinin Rusiyadakı nümayəndələrinə qarşı məcburi cavab tədbirləri görüləcək", - o, agentliyə müsahibəsində bildirib.

"Aydındır ki, Berlin indi Rusiyada Almaniya mediasının normal iş şəraitini qorumaqdansa, öz informasiya sahəsini Rusiya mediasından təmizləməkdə maraqlıdır. Buradan yığılan problemləri həll etməkdənsə, məsələni elə təqdim edilər ki, guya hər şeydə günahkar Moskvadır. Alman hakimiyyətinin sadə planı tamamilə göz qabağındadır", - Tyapkin vurğulayıb.
Bundan əvvəl Rusiya Federasiyası xarici KİV-ə qarşı Rusiya ərazisindən yayım və internet resurslarına çıxışı məhdudlaşdırmaq üçün cavab tədbirləri tətbiq edib. Ümumilikdə, Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, İsveç, Estoniya və bir sıra ümumavropa mediasıdan 81 nəşr Rusiya cavab məhdudiyyətləri ilə üzləşib.
Qərbdə Rusiya mediası ilə bağlı vəziyyət son illərdə getdikcə çətinləşir. 2016-cı ilin noyabrında Avropa Parlamenti Rusiya mediasına qarşı mübarizənin zəruriliyini bildirən qətnamə qəbul edib, sənəddə əsas təhlükələr Sputnik və RT kimi göstərilib. Bir sıra Qərb siyasətçiləri, o cümlədən amerikalı senatorlar və konqresmenlər, həmçinin Fransa prezidenti Sputnik və RT-ni ABŞ və Fransada keçirilən seçkilərə müdaxilədə ittiham etsə də, heç bir sübut təqdim etməyib. Rusiyanın rəsmi nümayəndələri bu cür bəyanatları əsassız adlandırıblar.
Bu yaxınlarda Aİ Rusiyanın əsas KİV-lərinə qarşı sanksiyalar tətbiq edərək, onların Aİ daxilində yayımını qadağan edib. Bu qərar məhkəməyə və ya ölkələrinin media sahəsinə cavabdeh olan Aİ ölkələrində milli tənzimləyicilərə müraciət edilmədən qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Qərbin jurnalistlərə, idmançılara və mədəniyyət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.