"Bu gün qəbul edilmiş sənədlər, prezidentlərin birgə bəyannaməsi münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiq, dost, yaxın tərəfdaş kimi çıxış edirlər", - prezident İlham Əliyev Putinlə danışıqlarının nəticələrinə hər olunmuş görüşdə deyib.
"Bu gün biz dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Biz ticarət-iqtisadi əlaqələrlə bağlı məsələləri ətraflı təhlil etdik", - İlham Əliyev deyib.
"Mən Vladimir Vladimiroviçə (Putinə) və ümumilikdə Rusiya tərəfinə COP29 iqlim konfransının ev sahibi kimi Azərbaycanın namizədliyini dəstəklədiyinə görə minnətdarlığımı bildirdim. Rusiyanın dəstəyi son dərəcə vacib idi və biz hazırda ikitərəfli formatda bununla bağlı məsələlər üzərində işləyirik", - Azərbaycan prezidenti qeyd edib.