RUSİYA

Putin və Əliyev əlaqələri gücləndirmək barədə razılığa gəliblər

Rusiya lideri əlavə edib ki, danışıqlar zamanı Rusiya Federasiyası ilə Azərbaycan arasında geniş spektrli qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunub.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün müasir tankerlərin yaradılmasına başlayırlar, bu, dünya bazarlarına enerji resurslarının tədarükünü əhəmiyyətli dərəcədə artıracaq. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan danışıqlarının yekunları bağlı danışarkən bildirib.

"Rusiya Birləşmiş Gəmiqayırma Şirkəti Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir çay-dəniz tankerlərinin istehsalına başlayır. Bu Azov-Qara dəniz və Xəzər marşrutları üzrə istifadə etməklə enerji resurslarının dünya bazarlarına çıxarılmasını əhəmiyyətli dərəcədə artıracaq", - Putin bildirib.

Rusiya Prezidenti deyib ki, münasibətlərin gələcək inkişafı üçün genişmiqyaslı vəzifələr var.
"Qəbul edilmiş birgə bəyanat ikitərəfli kommunikasiyalar kompleksi sayəsində gələcək dinamik inkişaf üçün yeni genişmiqyaslı vəzifələr qoyur", - Putin Rusiya-Azərbaycan danışıqlarının yekunlarına dair birgə açıqlamada bildirib.
Rusiya lideri əlavə edib ki, danışıqlar zamanı Rusiya Federasiyası ilə Azərbaycan arasında geniş spektrli qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunub.

"Danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizin ən geniş spektrini işgüzar şəkildə ətraflı müzakirə etdik", - Putin bildirib.

Rusiya prezidenti deyib ki, ölkəsi Azərbaycanın ŞƏT-də statusunun artırılmasını və respublikanın BRİKS ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olmasını dəstəkləyir.
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev suverenliyə hörmət və müdaxilə etməmək prinsipləri əsasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

"Tərəflər dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, bərabərlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmət prinsipləri əsasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsini davam etdirmək barədə razılığa gəliblər", - bəyanatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.