BAKI, 19 avqust - Sputnik. Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu deyib.
“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının keçmiş rəhbəri qeyd edib.
Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.