PAYTAXT XƏBƏRLƏRİ

Bu gün paytaxtın səkkiz rayonunda və Abşeronda su olmayacaq

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Paytaxtın 8 rayonu və Abşeronda iki gün su olmayacaq
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, buna Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza səbəb olub.
Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Bu müddətdə Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Xatırladaq ki, analoji hadisə ötən həftə də baş vermişdi.