RUSİYA

Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır - İran XİN

Daha əvvəl İranın Rusiyadakı səfiri deyib ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində iş gedir, o, gələcəkdə imzalana və həyata keçirilə bilər. Bunu İran xarici işlər nazirliyinin sözçüsü Nəsir Kənani deyib.

"Bu sənəd üzərində iş gedir. Biz BRİKS liderlərinin qarşıdan gələn sammitində İran prezidenti Məsud Pezeşkianın iştirak etməsi üçün Rusiya prezidenti Vladimir Putindən dəvət almışıq. İki tərəfin rəsmiləri arasında fikir mübadiləsinin aparılması imkanı var və bu sənəd gələcəkdə imzalana və rəsmiləşmələr başa çatdıqdan sonra həyata keçirilə bilər", - Kənani deyib.

Daha əvvəl İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq.
"Bu layihə üzərində iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri işləyir. Layihə baxılması üçün prezidentlərin administrasiyasına təqdim olunub. Sənəd hazır olan kimi dövlət başçıları tərəfindən imzalanacaq. Düşünürəm ki, bu, yaxın vaxtlarda olacaq", - Cəlali bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.