TƏHSİL

Kolleclərə qeydiyyat prosesi uzadılıb

Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidməti seçilməlidir.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidməti seçilməlidir.
Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.