BAKI, 19 avqust — Sputnik. Çin təhlükəsizlik orqanları ölkədə casus hava stansiyalarının olduğunu müəyyən edib. Bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Xarici kəşfiyyatla əlaqəli bir sıra şirkətlər məxfi məlumatları toplamaq üçün Çində anemometr qüllələri quraşdırıblar.
Bildirilir ki, son illərdə xarici kəşfiyyat xidmətləri ilə əlaqəli bəzi şirkətlər anemometr qüllələri tikmək bəhanəsi ilə (hava kütlələrinin sürətini ölçmək və hərəkət istiqamətini müəyyən etmək üçün istifadə olunur) Çindəki mühüm gizli obyektlərin yaxınlığına nüfuz edib.
Dövlət Təhlükəsizlik Nazirliyi bildirib ki, bu şirkətlər qeyri-qanuni olaraq məxfi məlumatları toplayıb və xaricə ötürüblər ki, bu da Çinin milli təhlükəsizliyinə təhdid yaradır.
Çinin dövlət qəzeti olan Global Times-ın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Çin təhlükəsizlik orqanları xarici ölkələrlə əlaqəli üç mindən çox meteoroloji stansiyanı yoxlayıb və real vaxt rejimində digər ölkələrə hava məlumatlarını ötürən yüzlərlə qeyri-qanuni stansiya aşkarlayıb.
Global Times-ın bildirir ki, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının təhlükəsizlik üzrə eksperti Li Veinin sözlərinə görə, meteoroloji məlumatların məxfiliyinin qorunması milli təhlükəsizliyin təmin edilməsinin çox vacib hissəsidir. Ekspert qeyd edib ki, meteoroloji məlumat hərbi istifadə baxımından strateji ölçüyə malikdir.
Nəşr qeyd edir ki, hərbi meteoroloji məlumatlar hərbi əməliyyatların dəqiq planlaşdırılması üçün əsaslardan biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.