BAKI, 19 avqust - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə görüşdə söyləyib.
Dövlətimizin başçısı bildirib:
"Bu gün artıq Sizinlə fikir mübadiləsi apardıq və ölkələrimiz arasında münasibətlərin - dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük.
Dövlət başçısı həmçinin qeyd edib ki, nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir:
"Yəni, həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiamətində növbəti mühüm addım olacaq”.
19.08.24, 15:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü başlayıb.
Prezidentlər arasında danışıqlarda “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller, VTB-nin rəhbəri Andrey Kostin, RF-nin Sosial-iqtisadi layihələrin maliyyələşdirilməsini təmin edən Rusiya Dövlət İnkişaf Korporasiyasının sədri İqor Şuvalov, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edirlər.
Rusiya tərəfdən görüşdə Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçiləri Yuri Uşakov və Ruslan Edelgeriyev, prezidentin müşaviri İqor Levitin də iştirak edir.
Rusiya-Azərbaycan danışıqlarında həmçinin Rusiya Federasiyası Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko, Nəqliyyat naziri Roman Starovoyt, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət Dmitri Şuqayev, Rospotrebnadzorun rəhbəri Anna Popova, Rosselxoznadzorun rəhbəri Sergey Dankvert, Rostrud rəhbəri Mixail İvankov iştirak edirlər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də iki günlük dövlət səfəri ilə Bakıya gəlib.
Avqustun 19-da Azərbaycan və Rusiya prezidentlərinin təkbətək, sonra isə geniş tərkibdə görüşü küçirilib.
Görüşlərdə Azərbaycan və Rusiya arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.