SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev və Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər

İkigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
Sputnik
BAKI, 18 avqust - Sputnik. Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb.
Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.