DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş texnikasının miqdarından heyrətlənib

Rusiya SQ-nin "Lanset" kamikadze pilotsuz uçan aparat kompleksi Ukrayna ordusunun heyrətamiz miqdarda texnikasını məhv edib.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələrinin "Lanset" kamikadze pilotsuz uçan aparat kompleksi Ukrayna ordusunun heyrətamiz miqdarda texnikasını məhv edib.
Bu barədə irlandiyalı jurnalist Çey Bouz yazıb.
İrlandiyalı jurnalistin istinad etdiyi məlumatlara görə, bu ilin yanvar-iyul ayları arasında "Lanset" kompleksi Ukrayna Silahlı Qüvvələrinin 219 əsas döyüş tankını, 371 yedəkli artilleriya qurğusunu, 276 tırtıllı özüyeriyən artilleriya qurğusunu, 117 ədəd zirehli daşıyıcısını, 90 reaktiv atəş sistemlərini və 53 radarı məhv edib.
"Həm də bu, yalnız 2024-cü ilin yeddi ayı üçün olan rəqəmlərdir" - irlandiyalı jurnalist vurğulayıb.
Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, "Lanset" Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı yüksək effektivlik nümayiş etdirib. Britaniya Müharibə Departamenti onları Rusiya qoşunlarının arsenalında olan ən yaxşı silah növlərindən biri adlandırıb.