Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycana səfəri gözlənilir. Rusiya liderinin səfəri iki gün - avqustun 18 və 19-da davam edəcək.
İlham Əliyev və Vladimir Putinin danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi məsələlərini, habelə aktual beynəlxalq və regional problemləri müzakirə edəcəkləri planlaşdırılır.
Putin Bakıya sonuncu dəfə 2018-ci ilin sentyabrında gəlmişdi. Bununla yanaşı iki ölkə liderləri Moskva, Soçi, Pekin və digər yerlərdə bir neçə dəfə görüşüblər. Bu barədə Sputnik Azərbaycan foto lentindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.