DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın iqtisadi artımı tarixi minimuma enib

Bert Rürup hesab edir ki, bəziləri üçün daimi işə getməkdənsə, müavinət almaq və qıraqda işləmək daha sərfəlidir.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Almaniyanın iqtisadi artımı tarixi minimuma qədər enib.
Bu barədə Rusiya mediası xəbər verib.
"2019-cu ildən etibarən Almaniya iqtisadiyyatı ölkə tarixində, yəni 1949-cu ildən bəri heç vaxt olmadığı qədər yavaş böyüyür. Real əmək haqqı hazırda 2018-ci ildəkindən aşağıdır" - məlumatda deyilir.
Almaniya hökuməti yanında İqtisadi Ekspertlər Şurasının sabiq rəhbəri Bert Rürup hesab edir ki, bu, büdcənin doldurulması üçün kreditlərin alınmasını qadağan edən "borc əyləci" siyasəti ilə əlaqədardır. Bundan əlavə, o, işsizlik müavinətlərinin təyin edilməsi sisteminə yenidən baxılmasını təklif edir. Onun fikrincə, "bəziləri üçün daimi işə getməkdənsə, müavinət almaq və qıraqda işləmək daha sərfəlidir".
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp söyləyib ki, Kamala Harris prezident seçkilərində qalib gəlsə, Amerika iqtisadiyyatı heç vaxt bərpa olunmayacaq.