BAKI, 17 avqust - Sputnik. İran Rusiya qazının tranzitində maraqlıdır.
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali Həştərxanda keçirilən Xəzər Media Forumu çərçivəsində jurnalistlərə danışıb.
“Artıq İranda Rusiyanın investisiya yatırdığı və işlədiyi beş yataq var. İranın cənubunda iki təbii qaz yatağı var və biz orada Rusiya Federasiyası ilə işləməkdə maraqlıyıq” - Cəlali deyib.
Səfirin sözlərinə görə, İran Rusiya qazını öz ərazisi ilə daşımağa hazırdır.
O vurğulayıb ki, İran respublikada “Lukoil” şirkətinin daha fəal işləməsinə hazırdır: “Biz həmişə “Lukoil” şirkətinə bildirmişik ki, onların investisiyalarını qəbul etməyə hazırıq. Davamlı olaraq şirkətin baş direktoru ilə danışıqlar aparırıq”.