DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ramzan Kadırov İlon Maskdan "Tesla" alıb və sınaqdan keçirib - VİDEO

Ramzan Kadırovun sözlərinə görə, kibertraktor Xüsusi Hərbi Əməliyyat zonasına göndəriləcək.
Sputnik
BAKI, 17 avqust - Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov amerikalı sahibkar İlon Maskdan "Tesla" kibertrakını aldığını və avtomobili sınaqdan keçirdiyini bildirib.
Bu barədə o, Telegram kanalında yazıb.
“Biz hörmətli İlon Maskdan "Tesla" kibertrakını aldıq və mən yeni texnologiyanı sınaqdan keçirməkdən məmnun oldum. Şəxsən əmin oldum ki, onun “Cyberbeast” adlandırılması təsadüfi deyil" - Kadırov bildirib.
O qeyd edib ki, mManevr edə bilən avtomobil, əla sürət yığır və maneələri dəf edir.
"Çox komfortlu avtomobildir, bu cür əla xüsusiyyətlərə əsaslanaraq, kibertrak müvafiq şərtlərlə tələb olunan Xüsusi Hərbi Əməliyyat zonasına göndəriləcək” - Kadırov yazıb.
Çeçenistan rəhbəri əmindir ki, yeni kibertrak rus döyüşçülərinə çoxlu faydalar gətirəcək.