BAKI, 17 avqust — Sputnik. Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib.
“Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir inkişaf mümkün deyil”, - o qeyd edib.
A.Lukaşenko, həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir: “Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.
15.08.24, 23:03
Lukaşenko: Minsk NATO ilə müharibə istəmir, lakin aqressiyaya cavab dərhal olacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk NATO-ya qarşı müharibə istəmir, lakin respublikanın dövlət sərhədi pozularsa cavab anında veriləcək.
Bu barədə Rusiya mediası xəbər verib.
“Biz nə eskalasiya istəyirik, nə də bütün NATO-ya qarşı müharibə etməyi. Biz bunların heç birinin tərəfdarı deyilik”, - Lukaşenko “Rossiya” telekanalına müsahibəsində deyib.
O, eyni zamanda vurğulayıb ki, respublikanın dövlət sərhədi pozulduqda dərhal cavab veriləcək.
"Heç bir qırmızı xətt olmayacaq. Bu xətt dövlət sərhədidir. Həmin xətti (sərhədçi kimi danışıram) basdıqdan sonra cavab ani olacaq. Bu cavab artıq hazırdır", - Lukaşenko bildirib.
Bu yaxınlarda president qeyd edib ki, Minsk Kiyevə istənilən təxribatın cavabsız qalmayacağı barədə məlumat çatdırıb.